İbrahimoviç "Milan"ın avtobusunun şüşəsini sındırıb

İbrahimoviç "Milan"ın avtobusunun şüşəsini sındırıb İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç klubun avtobusunun şüşəsini sındırıb
Futbol
16 May , 2022 09:04
İbrahimoviç Milanın avtobusunun şüşəsini sındırıb

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç klubun avtobusunun şüşəsini sındırıb.

"Report"un "Milan News"a istinadən məlumatına görə, hadisə A Seriyasının XXXVII turunda "Atalanta" ilə ev oyunundan əvvəl baş verib.

41 yaşlı hücumçu vacib matç ərəfəsində həyəcanlanıb və içəridə olarkən avtobusun şüşəsini vurub.

Qeyd edək ki, qarşılaşma "Milan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda sona bir tur qalmış 83 xalla liderdir. İkinci sıradakı "İnter"in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi