Zlatan İbrahimoviç Joze Mourinyonun köməkçisi ola bilər

Zlatan İbrahimoviç Joze Mourinyonun köməkçisi ola bilər Klub rəhbərliyi futbolçunun məşqçi kimi təcrübə toplamasını istəyir
Futbol
24 Dekabr , 2016 10:37
Zlatan İbrahimoviç Joze Mourinyonun köməkçisi ola bilər

Bakı. 24 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Zlatan İbrahimoviç karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışa bilər.

"Report"un məlumatına görə, 35 yaşlı futbolçuya komandanın məşqçilər korpusunda işləmək təklif edilib.

Klub rəhbərliyi Z.İbrahimoviçin baş məşqçi Joze Mourinyo ilə çalışaraq təcrübə toplamasını istəyir.

Qeyd edək ki, isveçli futbolçu bu ilin yayından "Mançester Yunayted"də çıxış edir. Komandanın heyətində 25 oyuna çıxan futbolçu 16 qol vurub.

Son xəbərlər

Orphus sistemi