Zlatan İbrahimoviç: "FİFA dünya çempionatında iştirakıma mane ola bilməz"

Zlatan İbrahimoviç: "FİFA dünya çempionatında iştirakıma mane ola bilməz" Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın Los-Anceles Qelaksi klubunun futbolçusu Zlatan İbrahimoviç dünya çempionatına FİFA tərəfindən buraxılmayacağına dair xəbərlərə sərt reaksiya verib.
Futbol
7 Aprel , 2018 02:12
Zlatan İbrahimoviç: FİFA dünya çempionatında iştirakıma mane ola bilməz

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç dünya çempionatına FİFA tərəfindən buraxılmayacağına dair xəbərlərə sərt reaksiya verib.

"Report"un "Exspressen"ə istinadən məlumatına görə, isveçli hücumçu ali futbol qurumunun ona maneçilik törətməyə qadir olmadığını açıqlayıb. "Harada olmaq istəsəm, orada olacağam. Bu, yığmaya da aiddir. Oynamaq istəsəm, belə də olacaq. Bunun FİFA-ya dəxli yoxdur. Bu, mənim işimdir",- deyə o bildirib.

Daha əvvəl İbrahimoviçin bukmeyker şirkətinin reklam çəkilişlərində iştirak etdiyinə dair məlumat yayılıb. Üstəlik, 37 yaşlı forvard firmanın sahiblərindən birinə çevrilib. Beləliklə, oyunçu FİFA-nın etika qaydalarının müvafiq bəndini poza bilər. Həmin bəndə əsasən, futbolçuların pul qoyuluşlarına hansısa formada bağlılığı ola bilməz.

İbrahimoviç İsveç yığmasındakı karyerasını 2016-cı il Avropa çempionatından sonra başa vurub. Lakin o, yaxınlarda bildirib ki, DÇ-2018-də iştirak üçün milliyə qayıda bilər. 

Son xəbərlər

Orphus sistemi