"Zirə" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

"Zirə" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb Bakıdakı hazırlığını başa vuran "Zirə" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərində yola düşüb.
Futbol
24 İyun , 2022 17:06
Zirə təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Bakıdakı hazırlığını başa vuran "Zirə" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşüb.

Klubdan "Report"a verilən məlumata görə, "qartallar" 2 həftəlik toplanış dövründə 2 yoxlama oyunu keçirəcək. Artıq rəqiblərdən biri bəllidir. Paytaxt təmsilçisi Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt" klubu ilə qarşılaşacaq. Görüşün vaxtı və yeri hələlik bilinmir.

İyulun 7-də Bakıya dönəcək "Zirə" İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına hazırlığın son mərhələsini burada keçirəcək.

Qeyd edək ki, "Zirə" və "Makkabi" arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq oyun isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi