"Zirə" "Səbail"i məğlub etdi

"Zirə" "Səbail"i məğlub etdi Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Futbol
458
12 Sentyabr , 2020 20:56
Zirə Səbaili məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. 

"Report" xəbər verir ki, "Səbail" "Zirə"ni qəbul edib. 

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 46-cı dəqiqədə Davit Volkov başla topu rəqib qapısından keçirib. 

54-cü dəqiqədə "Səbail"in hücumçusu Rauf Əliyev penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini braziliyalı qapıçı Mateus Albino dəf edib. Əvəzində "Zirə"nin forvardı Ruslan Qurbanov 67-ci dəqiqədə penaltidən fərqlənməklə hesab arasındakı fərqi artırıb. 80-ci dəqiqədə Urfan Abbasov penaltidən yararlanaraq fərqi azaldıb. 

Rəşad Sadıqovun baş məşqçi olduğu "Zirə" çempionatda ilk qələbəsini qazanıb və xallarını sayını 4-ə yüksəldib. "Səbail" isə iki turda xal qazana bilməyib. 

Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" səfərdə "Neftçi"ni məğlub edib - 2:0. "Qarabağ" "Keşlə" ilə qolsuz heç-heçəyə razı olub. Tura sentyabrın 13 də keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi