"Zirə" Riçard Almeyda ilə müqavilə imzaladı

"Zirə" Riçard Almeyda ilə müqavilə imzaladı “Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb. Komandamız Riçard Almeydayla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Futbol
26 Oktyabr , 2020 16:44
Zirə Riçard Almeyda ilə müqavilə imzaladı
Riçard Almeyda

Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, "qartallar" Braziliya əsilli milliləşmiş yarımmüdafiəçi Riçard Almeyda ilə anlaşıb.

31 yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın formasını geyinib. O həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi