"Zirə" - "Qarabağ" oyununda futbolçular arasında insident olub

"Zirə" - "Qarabağ" oyununda futbolçular arasında insident olub "Zirə" və "Qarabağ" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XX tur oyununda futbolçular arasında insident olub.
Futbol
19 Mart , 2022 20:16
Zirə - Qarabağ oyununda futbolçular arasında insident olub

"Zirə" və "Qarabağ" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XX tur oyununda futbolçular arasında insident olub.

"Report"un məlumatına görə, "qartallar"ın yarımmüdafiəçisi Qismət Alıyev "köhlən atlar"ın hücumçusu Ramil Şeydayevlə mübahisə edib.

Baş hakim Rauf Cabarov hər iki oyunçunu 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, "Qarabağ" hazırda 2:0 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi