"Zirə" öz meydanında "Sabah"a məğlub oldu

"Zirə" öz meydanında "Sabah"a məğlub oldu Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Futbol
420
20 Sentyabr , 2020 19:52
Zirə öz meydanında Sabaha məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Xulio Sezar Rodrigez 51-ci dəqiqədə fərqlənib. 90+2-ci dəqiqədə isə Kevin Kubemba fərqi artırıb.

Bu nəticədən sonra "Sabah" 6-cı xalını qazanıb, cari mövsüm ilk dəfə məğlub olan "Zirə"nin isə 4 xalı var.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Turun əvvəlki matçlarında "Sumqayıt" evdə "Səbail"i 2:1 hesabı ilə üstələyib, "Qəbələ" - "Keşlə" duelində qol vurulmayıb.

Son xəbərlər

Orphus sistemi