"Zirə"nin Türkiyə toplanışı ləğv edilib

Futbol
  • 18 iyul, 2021
  • 09:00
Zirənin Türkiyə toplanışı ləğv edilib

Azərbaycanın "Zirə" futbol komandasının Türkiyə toplanışı ləğv edilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır.

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. "Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək.