"Zirə"nin qapıçısı: "Hakimlərin 3 kobud səhvinə görə 5-6 xalımız itirilib"

"Zirə"nin qapıçısı: "Hakimlərin 3 kobud səhvinə görə 5-6 xalımız itirilib" "Hakimlərin diqqətli olmağını istəyərdim. Buraxdıqları səhvlər bütövlükdə oyunların nəticəsinə təsir edir".
Futbol
239
20 Sentyabr , 2021 15:57
Zirənin qapıçısı: Hakimlərin 3 kobud səhvinə görə 5-6 xalımız itirilib
Mehdi Cənnətov

"Hakimlərin diqqətli olmalarını istəyərdim. Buraxdıqları səhvlər bütövlükdə oyunların nəticəsinə təsir edir".

Bunu "Report"a açıqlamasında "Zirə"nin qapıçısı Mehdi Cənnətov Azərbaycan Premyer Liqasındakı hakim qərarları barədə danışarkən deyib.

29 yaşlı qolkiper bildirib ki, çempionat təzə başlasa da, onlara qarşı artıq 3 kobud səhvə yol verilib: "Bu səhvlər üzündən təxminən 5-6 xalımız itirilib".

Cənnətov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın IV tur matçında özünə qarşı qayda pozuntusunun olduğunu söyləyib: "Küncdən gələn topa birinci qalxmışdım. Topu tutmuşdum, amma oyunçu sürətlə mənə dəydi və başla əlimə zərbə endirdi. Hətta topun trayektoriyasından da qayda pozuntusunu görmək mümkündür. Bütün bunlar baş hakimin gözləri qarşısında baş verdiyi halda o, qolu sayır və rəqibin topa oynadığını bildirir. Referinin niyə belə qərar qəbul etdiyini anlamıram".

Qeyd edək ki, çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi "Zirə" - "Sabah" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi