"Zirə"nin legioneri: "Bütün günü evdə qalmaq çox çətindir"

"Zirə"nin legioneri: "Bütün günü evdə qalmaq çox çətindir" "Daha aktiv həyat tərzinə alışmışıq, bütün günü məşq edirdik. İndi isə fərqlidir. Bütün günü evdə qalmağa məcbur oluruq, bu, çox çətindir".
Futbol
331
2 İyul , 2020 09:00
Zirənin legioneri: Bütün günü evdə qalmaq çox çətindir
George Anton

"Daha aktiv həyat tərzinə alışmışıq, bütün günü məşq edirdik. İndi isə fərqlidir. Bütün günü evdə qalmağa məcbur oluruq. Bu, çox çətindir".

"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin futbolçusu George Anton "Publika" nəşrinə açıqlamasında deyib. 

27 yaşlı yarımmüdafiəçi qızı və həyat yoldaşı ilə birlikdə vaxt keçirməyin yaxşı fürsət olduğunu bildirib. Anton boş vaxtlarında kitab oxuduğunu sözlərinə əlavə edib. O, gün ərzində iki saat çölə çıxmaq hüquqlarının olduğunu söyləyib: "Bu iki saat ərzində dostlarla birlikdə tennis, futtennis oynayırıq. Hər zaman hərəkətdəyik". 

Moldovalı oyunçu "Zirə"nin yaxşı komanda olduğunu vurğulayıb: "Avropa Liqasına vəsiqə qazanan komanda ilə eyni xal topladıq, lakin qol fərqinə görə avrokubokdan kənarda qaldıq". 

Qeyd edək ki, George Antonun "Zirə" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.