"Zirə"nin ilk yoxlama matçının vaxtı açıqlanıb

"Zirə"nin ilk yoxlama matçının vaxtı açıqlanıb Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə"nin ilk yoxlama oyununun vaxtı açıqlanıb.
Futbol
27 İyun , 2022 09:35
Zirənin ilk yoxlama matçının vaxtı açıqlanıb

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə"nin ilk yoxlama oyununun vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, "qartallar"ın Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt" klubu ilə matçı iyunun 29-da keçiriləcək. Görüşün başlama saatı bəlli deyil.

Paytaxt təmsilçisi 2 həftəlik toplanış dövründə ümumilikdə, 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqibin kimliyi hələlik bilinmir.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab oyunu isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi