“Zirə”nin legioneri: “Qarabağ”ın bir çox futbolçusunun şəxsi sürücüsü var”

“Zirə”nin legioneri: “Qarabağ”ın bir çox futbolçusunun şəxsi sürücüsü var” “Onlar Azərbaycanın ən yaxşı komandalarıdır"
Futbol
15 May , 2017 12:06
“Zirə”nin legioneri: “Qarabağ”ın bir çox futbolçusunun şəxsi sürücüsü var”

Bakı. 15 may. REPORT.AZ/ “Qarabağ” və “Qəbələ” Azərbaycanın ən yaxşı komandalarıdır. Bu kollektivlər davamlı olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edirlər”. “Report”un məlumatına görə, bunu Bakının “Zirə” komandasının serbiyalı futbolçusu Milan Duriç mozzartsport.com portalına müsahibəsində deyib.

Serbiya və Azərbaycan futbolu arasında müqayisə aparan 30 yaşlı yarımmüdafiəçi əsas fərqin əmək haqqı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bəzi futbolçuların şəxsi sürücüsü belə var: “Əsas fərq şərtlərdədir. Əmək haqqı vaxtı-vaxtında ödənilir. Aparıcı iki klubun durumu daha yaxşıdır. “Qarabağ”ın bir çox futbolçusunun şəxsi sürücüsü var. “Qəbələ” çox yaxşı şəraitə, çoxlu məşq meydanlarına malikdir. Maraqlıdır ki, Premyer Liqa oyunlarının keçirildiyi 8 medandan 4-ü süni örtüklüdür. Yeganə problem azarkeşlərlə bağlıdır. Çempionatda 8 komanda çıxış edir. İki oyun qalib gələn kimi yuxarı pillələrə qalxırsan, uduzanda isə əksinə olur”.

Ötən ilin iyununda “Zirə”yə transfer olunan M.Duriç klubla daha bir illik müqavilə üçün razılığa gəldiyini söyləyib. Komandanın Avropa Liqasına vəsiqə qazandığını xatırladan serbiyalı futbolçu növbəti mövsüm daha da uğurla çıxış edəcklərinə inandığını deyib: “Gələn mövsüm daha yaxşı nəticə göstərə bilərik. Çünki “İnter” sponsorsuz qalıb. Başa çatan çempionatda “Neftçi” zəif çıxış etdi. “Qarabağ” və “Qəbələ” digərlərindən üstündür”.

2012 - 2015-ci illərdə vətənində “Yaqodina” komandasında çıxış etmiş yarımmüdafiəçi hələ də əmək haqqını ala bilməməsindən şikayətlənib. O, Serbiya Futbol Federasiyasının klublara ciddi nəzarət etmədiyini dilə gətirib: “İl boyu yeyirlər. Bu, biabırçılıqdır! “Yaqodina” peşəkar karyeramda ən yaxşı klub idi. Lakin məni necə yüksəltmişdilərsə, elə də dəfn etdilər”.

Qeyd edək ki, Milan Duriç 2016-2017 mövsümündə Azərbaycan Premyer Liqasında 25 oyuna çıxıb və 3 qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi