"Zirə"nin futbolçuları koronavirusdan sağaldı

"Zirə"nin futbolçuları koronavirusdan sağaldı Hər iki oyunçunun növbəti testi mənfi çıxıb
Futbol
7 Aprel , 2021 13:41
Zirənin futbolçuları koronavirusdan sağaldı
Riçard Almeyda

"Zirə" klubunun futbolçuları Riçard Almeyda və Fakundo Melivilo koronavirusdan sağalıblar.

"Report"un məlumatına görə, hər iki oyunçunun növbəti testi mənfi çıxıb.

Onlarla yanaşı Vüsal Əliyev də eyni səbəbdən Premyer Liqanın XXI turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri matçı buraxıb.

Qeyd edək ki, "Zirə" növbəti turda "Keşlə"ni qəbul edəcək. Aprelin 11-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi