"Zirə"nin baş məşqçisi: "Maksim Medvedev sınaqdan başıuca çıxdı"

"Zirə"nin baş məşqçisi: "Maksim Medvedev sınaqdan başıuca çıxdı" "Ümumiyyətlə hər baş məşqçisinin öz yanaşma prinsipləri var. Ola bilər, millinin baş məşqçisi gəlib klubdakı həmkarları ilə nəyisə müzakirə etsin və ya bunu etməyərək kənardan müşahidə aparsın. Belə də ola bilər ki, hansısa klub məşqçisi ilə danışsın, dig
Futbol
1004
12 Sentyabr , 2020 22:16
Zirənin baş məşqçisi: Maksim Medvedev sınaqdan başıuca çıxdı
Rəşad Sadıqov

"Ümumiyyətlə hər baş məşqçisinin öz yanaşma prinsipləri var. Ola bilər, millinin baş məşqçisi gəlib klubdakı həmkarları ilə nəyisə müzakirə etsin və ya bunu etməyərək kənardan müşahidə aparsın. Belə də ola bilər ki, hansısa klub məşqçisi ilə danışsın, digərləri ilə yox. Canni De Byazi bizim də məşqi izlədi və ayaq üstə də olsa, komanda ilə bağlı müzakirəmiz oldu".

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın II turunda səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburqa 1:2 hesabı ilə uduzduğu və Kipri 1:0 məğlub etdiyi görüş barədə danışıb.

Sadıqov yığmanın kapitanı Maksim Medvedevin Lüksemburqla oyunda psixoloji zərbə aldığını söyləyib: "Həm milli, həm də kapitan sınaqdan üzüağ çıxdı. Milli çox ağır məğlubiyyətdən sonra səfərdə vacib qələbə qazandı. Kiprlə matçın ilk hissəsində oyun planında çox şey alınırdı, sonra hiss olundu ki, futbolçular bir az həyəcanlandılar və daha çox hesabı qorumaq haqqında düşündülər, amma yenə də rəqibə qol imkanı vermədən 3 xalla qayıtdılar.

Maksim kapitan kimi sınaqdan başıuca çıxdı. Söhbət təkcə qol vurmaqdan getmir, komandanı arxasınca daşıyırdı, soyuqqanlı olmağa çalışırdı və həyəcanlanmırdı. Səhv etməkdən də qorxmurdu, bu amillər çox vacib idi”.

Azərbaycan millisinin sabiq kapitanı Kiprlə görüşdə qələbə qazanıldığı üçün iki qarşılaşmanı pozitiv dəyərləndirdiyini vurğulayıb: "Bu baş məşqçinin ilk təlim-məşq toplanışı idi. Birinci matçlar çox çətindir. De Byazi də bir aydır ki, yığmaya qoşulub, yavaş-yavaş komandanı tanıyacaq və futbolçulara uyğunlaşacaq. Kiprlə oyunda qələbə çox vacib idi.

Qarşıda Monteneqro ilə səfər oyunu var, kritik matçlardan biri olacaq. Yığmaya inanıram və uğurlu çıxışları ilə bizi sevindirəcəyinə böyük ümidlər bəsləyirəm". 

Son xəbərlər

Orphus sistemi