"Zirə" - "Neftçi" oyununda baş məşqçilər meydandan qovulub - VİDEO

"Zirə" - "Neftçi" oyununda baş məşqçilər meydandan qovulub - VİDEO Bakı. 22 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda Zirə və Neftçi komandaları arasındakı oyun zamanı insident baş verib.
Futbol
22 Sentyabr , 2018 22:10
Zirə - Neftçi oyununda baş məşqçilər meydandan qovulub - VİDEO

Bakı. 22 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı insident baş verib.

"Report"un məlumatına görə, 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.

Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.

Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.

Qeyd edək ki, birinci hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi