"Zirə" "Neftçi" ilə oyuna ciddi itki ilə çıxacaq

"Zirə" "Neftçi" ilə oyuna ciddi itki ilə çıxacaq "Bu itkinin hiss edilməməsi üçün çalışacağıq"
Futbol
15 Aprel , 2021 16:25
Zirə Neftçi ilə oyuna ciddi itki ilə çıxacaq

"Zirə" klubu "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXIII tur matçına itki ilə çıxacaq.

Bu barədə "Report"a qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

39 yaşlı mütəxəssis kapitan Ağabala Ramazanovun cəza üzündən oynamayacağını bildirib: "Bu, bizim üçün ciddi itkidir. Amma əminəm ki, Ramazanovun mövqeyində oynayan futbolçular onu layiqincə əvəzləyəcəklər. Biz gəldiyimiz gündən çalışmışıq ki, əsas və ikinci heyət kimi fikir formalaşmasın. Belə məqamlarda kimsə özünü ikinci dərəcəli oyunçu kimi hiss etməməlidir. "Neftçi" ilə görüşdə də bu itkinin hiss edilməməsi üçün çalışacağıq".

Qeyd edək ki, aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi