"Zirə" "Makkabi" ilə oyuna ciddi itki ilə çıxacaq

"Zirə" "Makkabi" ilə oyuna ciddi itki ilə çıxacaq "Zirə" Bakıda İsrailin "Makkabi" (Təl-Əviv) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa ciddi itki ilə çıxacaq.
Futbol
20 İyul , 2022 18:11
Zirə Makkabi ilə oyuna ciddi itki ilə çıxacaq

"Zirə" Bakıda İsrailin "Makkabi" (Təl-Əviv) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa ciddi itki ilə çıxacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.

O bildirib ki, müdafiəçi Ruslan Abışov son məşqdə zədələndiyi üçün görüşü buraxacaq: "Bir həftə, 10 gün komandadan ayrı qalacaq".

Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi