"Zirə" klubunun baş məşqçisi istefa verib

"Zirə" klubunun baş məşqçisi istefa verib O, öz istəyi ilə postundan ayrılıb
Futbol
29 Avqust , 2018 10:03
Zirə klubunun baş məşqçisi istefa verib
Ayxan Abbasov
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk baş məşqçi istefası gerçəkləşib. 

"Report"un məlumatına görə, Ayxan Abbasov öz istəyi ilə “Zirə”dən ayrılıb. Klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. A.Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. 

Kluba Avropa Liqasına vəsiqə qazandıran və bu yarışda mərhələ adlamasına nail olan A.Abbasova “Zirə”nin inikşafındakı xidmətləri qarşılığında minnətdarlıq edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Ayxan Abbasov 2016-cı il dekabrın 27-dən "Zirə"nin baş məşqçisi idi. Onun rəhbərliyi altında "qartallar" son iki mövsümdə 4-cü yeri tutub. Cari çempionatda isə bu komanda 2 oyun keçirib və 1 xal qazana bilib.  

İngilis versiyası Zira's head coach resigns

Son xəbərlər

Orphus sistemi