"Zirə” klubu qış fasiləsində ilk transferini reallaşdırıb

"Zirə” klubu qış fasiləsində ilk transferini reallaşdırıb Komanda müdafiəçi Sadiq Quliyevlə müqavilə imzalayıb
Futbol
2 Yanvar , 2017 09:18
Zirə” klubu qış fasiləsində ilk transferini reallaşdırıb

Bakı. 2 yanvar. REPORT.AZ/ "Zirə” klubu dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, "qartallar" müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalayıb.

Anlaşmaya əsasən, Quliyev Sadiq cari mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Sadiq Quliyev ötən mövsüm də "Zirə"də çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu "Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad transfer kimi "qartallar”ın sıralarına qoşulub.

Son xəbərlər

Orphus sistemi