"Zirə" klubu Makedoniya yığmasının futbolçusu ilə müqavilə bağlayacaq

"Zirə" klubu Makedoniya yığmasının futbolçusu ilə müqavilə bağlayacaq 26 yaşlı cinah müdafiəçi tibbi müayinədən keçdikdən sonra sözləşməyə imza atacaq
Futbol
794
7 Fevral , 2018 12:22
Zirə klubu Makedoniya yığmasının futbolçusu ilə müqavilə bağlayacaq

Bakı. 7 fevral. REPORT.AZ/ "Zirə" klubunun müqavilə bağlayacağı daha bir futbolçunun adı müəyyənləşib. "Report"un əldə etdiyi məlumata görə, bu, Makedoniya yığmasının və Çexiyanın "Bohemians" klubunun futbolçusu Yani Urdinovdur. 

Belçikada doğulmuş Urdinov artıq Bakıdadır. 26 yaşlı cinah müdafiəçi tibbi müayinədən keçdikdən sonra 6 aylıq icarə müqaviləsinə imza atacaq. 

Qeyd edək ki, Yani Urdinov karyerası ərzində Makedoniyanın "Rabotniçki", "Şkendiya", Albaniyanın "Flamurtari", Hollandiyanın "Roda", Litvanın "Ekranas", Bosniya və Herseqovinanın "Jelezniçar", Polşanın "Vizdev" və Çexiyanın "Vısoçina" klublarında da çıxış edib. O, 2012-ci ildən dəvət almağa başladığı Makedoniya yığmasının heyətində 5 oyuna çıxıb. Urdinov müdafiənin mərkəzində də oynayır. 

Son xəbərlər

Orphus sistemi