"Zirə" klubu legioneri ilə yeni müqavilə bağlayıb

"Zirə" klubu legioneri ilə yeni müqavilə bağlayıb Qanalı hücumçu ilə 1+1 il şərti ilə yeni anlaşma əldə olunub
Futbol
30 May , 2017 15:07
Zirə klubu legioneri ilə yeni müqavilə bağlayıb

Bakı. 30 may. REPORT.AZ/ "Zirə" klubu ötən mövsüm komandada çıxış edən legionerlərdən daha biri ilə müqaviləni uzadıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hücumçu Riçard Qadze ilə danışıqlar müsbət yekunlaşıb.

Qanalı oyunçu ilə 1+1 il şərti ilə yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Riçard Qadze ötən mövsümün ikinci yarısından “Zirə”də çıxış edir.

Son xəbərlər

Orphus sistemi