​"Zirə" klubu "İnter"i məğlub edərək turnir cədvəlinin ikinci pilləsinə yüksəlib

​"Zirə" klubu "İnter"i məğlub edərək turnir cədvəlinin ikinci pilləsinə yüksəlib Bakı derbisi ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
31 Yanvar , 2016 19:47
​Zirə klubu İnteri məğlub edərək turnir cədvəlinin ikinci pilləsinə yüksəlib

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqası çərçivəsində XIX tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son matçında paytaxtın iki klubu - "Zirə" və "İnter" üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada gülən tərəf zirəlilər olub. Oyunda hesabı ev sahibləri açıb. Lakin qonaqlar sonradan oyunda tarazlıq yarada biliblər. Yalnız matçın son dəqiqələrində Nurlan Novruzov komandasının qələbə topunu vura bilib - 2:1.

Azərbaycan Premyer Liqası, XIX tur

"Zirə"- "İnter" - 2-1

Qollar: 13 ' [1-0] Luis Alberto Diez, 48' [1-1] Abbas Hüseynov, 86 ' [2-1] Nurlan Novruzov.

Son xəbərlər

Orphus sistemi