"Zirə" "Keşlə" ilə matça itkilərlə çıxacaq

"Zirə" "Keşlə" ilə matça itkilərlə çıxacaq Bakı. 20 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Keşlə”nin qonağı olacaq “Zirə” heyətlə bağlı ciddi problemlə üzləşib.
Futbol
20 Aprel , 2018 12:36
Zirə Keşlə ilə matça itkilərlə çıxacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Keşlə”nin qonağı olacaq “Zirə” heyətlə bağlı ciddi problemlə üzləşib. 

“Report”un məlumatına görə, qəsəbə təmsilçisi bu görüşdə bir sıra aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək. “Zirə”nin ötən tur “Neftçi”yə 0:3 hesabı ilə uduzduğu görüşdə qırmızı vərəqə alan Yani Urdinov və ardıcıl 4-cü “sarı”sını görən Sadio Tounkara cəzalıdır. 

Komandanın moldovalı yarımmüdafiəçisi Aleksandr Dedov əzələsindəki problem, serbiyalı müdafiəçi Yovan Krneta isə dizindəki zədə üzündən matçda iştirak etməyəcək. Əvvəlcədən zədəli olan Aleksandr Şemonayev və Jozef Bumun isə müalicəsi davam edir. 23 yaşlı yarımmüdafiəçi Tellur Mütəllimovun da iştirakı sual altındadır. Digər tərəfdən, zədəsi sağaldan Vüsal İsgəndərli sıraya dönüb. 

Qeyd edək ki, aprelin 21-də "İnter Arena"da keçiriləcək "Keşlə" - "Zirə matçı saat 16:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi