"Zirə" əcnəbi futbolçu üçün danışıqlar aparır

"Zirə" əcnəbi futbolçu üçün danışıqlar aparır “Zirə” klubu heyətinə əcnəbi futbolçu cəlb etmək istəyir.
Futbol
8 Yanvar , 2021 09:57
Zirə əcnəbi futbolçu üçün danışıqlar aparır

“Zirə” klubu heyətinə yeni əcnəbi futbolçu cəlb etmək istəyir.

"Report"un məlumatına görə, bu barədə "Areanapoli.it" saytına müsahibəsində menecer Joao Santos məlumat verib.

O, adını çəkmədiyi futbolçunun keçidi üçün Azərbaycan təmsilçisi ilə danışıqların aparıldığını söyləyib. Santos həmin oyunçunun istedadlı olduğunu da vurğulayıb.

Qeyd edək ki, Joao Santos İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyonun da meneceridir.

Son xəbərlər

Orphus sistemi