"Zirə" - "Differdanj" oyununun hakimləri açıqlanıb

"Zirə" - "Differdanj" oyununun hakimləri açıqlanıb Görüşü qazaxıstanlı referi idarə edəcək
Futbol
23 İyun , 2017 14:43
Zirə - Differdanj oyununun hakimləri açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Zirə” komandasının Lüksemburq “Differdanj”ı ilə səfərdə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma qazaxıstanlı hakimlər briqadasına tapşırılıb. 

Baş hakim Daniyar Saxiyə Yuri Tixonyuk və Alibek Aubakirov yan xətt, Marat İskakov dördüncü hakim qismində yardımçı olacaq. UEFA nümayəndəsi türkiyəli Cem Cenk, hakim-inspektor moldovalı İqor Satkidir. 

Qeyd edək ki, görüş iyunun 29-da “Dalğa Arena”da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi