“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçına qara sarğı ilə çıxıb

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçına qara sarğı ilə çıxıb Paytaxt klubu Sahibə Allahverdiyeva və onun nəvəsinin erməni birləşmələri tərəfindən qətlə yetirilməsi ilə əlaqədar olaraq belə addım atıb
Futbol
775
6 İyul , 2017 23:42
“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçına qara sarğı ilə çıxıb
Courtesy İmage

Bakı. 6 iyul. REPORT.AZ/ Bakının “Zirə” futbol komandası Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburda “Differdanj” komandası ilə cavab matçına qara sarğı ilə çıxıb.

“Report”un məlumatına görə, paytaxt klubu iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar olaraq belə bir addım atıb.

“Zirə” bunun üçün UEFA-dan icazə alıb.

Qeyd edək ki, “Zirə” ilk oyunda olduğu kimi (2:0), cavab qarşılaşmasında da “Differdanj”ı məğlub edərək (2:1) II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi