"Zirə" argentinalı hücumçunu Çili klubundan "qoparıb"

"Zirə" argentinalı hücumçunu Çili klubundan "qoparıb" Melivilonun karyerasını Çilidə davam etdirmə ehyimalı olub
Futbol
9 Mart , 2021 09:39
Zirə argentinalı hücumçunu Çili klubundan qoparıb
Fakundo Melivilo

"Zirə" klubunun yeni transferi Fakundo Melivilonun karyerasını Çilidə davam etdirmə ehyimalı olub.

"Report" "chile.as" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı argentinalı hücumçu paytaxt təmsilçisindən əvvəl "Kokimbo Unido" ilə anlaşıb.

Lakin Melivilo tibbi müayinədən keçəcəyi vaxtdan 72 saat əvvəl "Zirə" ilə razılaşdığını bildirib. Nəticədə "Kokimbo Unido"ya keçid baş tutmayıb. Əvəzində forvard Çili klubunda tibbi müayinədən keçməyib.

Qeyd edək ki, "Zirə" Fakundo Melivilo ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi