"Zirə" Antalyadakı ilk yoxlama oyununda uduzub

"Zirə" Antalyadakı ilk yoxlama oyununda uduzub "Zirə" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
Futbol
13 Yanvar , 2022 18:52
Zirə Antalyadakı ilk yoxlama oyununda uduzub

"Zirə" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Macarıstanın "Peç" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma "qartallar"ın 3:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakı klubundan qolları Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov vurublar.

Qeyd edək ki, "Zirə" yanvarın 20-də “Qurnik” (Leçna, Polşa), yanvarın 24-də isə “Breqalnitsa” (Şimali Makedoniya) ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi