Zinəddin Zidanın oğlu antiqəhrəmana çevrilib

Zinəddin Zidanın oğlu antiqəhrəmana çevrilib Enzo Fernandes penaltidən yararlana bilməyib, görüşün sonunda isə ikinci sarı vərəqə alaraq meydandan qovulub
Futbol
120
20 Mart , 2017 13:26
Zinəddin Zidanın oğlu antiqəhrəmana çevrilib

Bakı. 20 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Enzo Fernandes antiqəhrəmana çevrilib.

"Report"un məlumatına görə, "kral klubu"nun əvəzedici komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi Sequnda B-də XXX turun "Atletiko" ilə oyununda penaltidən yararlana bilməyib. Fernandes 14-cü dəqiqədə şansını qaçırıb. Görüşün sonlarında isə o, ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, Enzo Fernandes "Real Madrid"in əsas komandasında cəmi 1 dəfə forma geyinib. O, İspaniya Kubokunun 1/16 finalında "Kultural Leones"i 6:1 hesabı ilə yendikləri matçda meydana daxil olub və 1 qol vurub.  

Son xəbərlər

Orphus sistemi