Zinəddin Zidan Qətər milli komandasına rəhbərlik edə bilər

Zinəddin Zidan Qətər milli komandasına rəhbərlik edə bilər Bakı. 1 iyun. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun baş məşqçisi Zinəddin Zidan Qətər milli komandasına rəhbərlik edə bilər.
Futbol
1 İyun , 2018 15:35
Zinəddin Zidan Qətər milli komandasına rəhbərlik edə bilər

Bakı. 1 iyun. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Qətər milli komandasına rəhbərlik edə bilər. 

"Report"un məlumatına görə, bu barədə misirli iş adamı Naqib Saviris şəxsi "twitter" hesabından paylaşım edib. 

O, qətərlilərin fransalı mütəxəssisə illik 50 milyon avro təklif etdiyini yazıb. Savirisin sözlərinə görə, Zidan komanda ilə 4 illik müqavilə imzalayacaq və millini 2022-ci il dünya çempionatına hazırlayacaq. 

Qeyd edək ki, DÇ-2022 Qətərdə keçiriləcək. Naqib Saviris 2012-ci ildə "Forbes" jurnalının siyahısında 3.1 milyard dollar gəlirlə Misirin ən zəngin ikinci insanı olub. O, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edir.  

Son xəbərlər

Orphus sistemi