"Qalatasaray"a məğlubiyyət "Real Madrid"in baş məşqçisi Zidanın qovulmasına səbəb ola bilər

"Qalatasaray"a məğlubiyyət "Real Madrid"in baş məşqçisi Zidanın qovulmasına səbəb ola bilər UEFA Çempionlar Liqasının III turunda Türkiyənin Qalatasaray komandası ilə qarşılaşma Zinəddin Zidanın İspaniya Real Madridinin baş məşqçi postunda son oyunu ola bilər.
Futbol
21 Oktyabr , 2019 09:31
Qalatasaraya məğlubiyyət Real Madridin baş məşqçisi Zidanın qovulmasına səbəb ola bilər

UEFA Çempionlar Liqasının III turunda Türkiyənin "Qalatasaray" komandası ilə qarşılaşma Zinəddin Zidanın İspaniya "Real Madrid"inin baş məşqçi postunda son oyunu ola bilər. 

"Report"un "El Mundo"ya istinadən verdiyi məlumata görə, rəhbərlik bu mövsüm "kral klubu"nun nəticələrindən çox oyunundan narahatdır. İstanbuldakı görüşdə məğlubiyyət baş verəcəyi təqdirdə, fransalı mütəxəssisin qovulacağı bildirilir. Onun yerinə isə Joze MourinyoMassimiliano Alleqrinin namizədliyi nəzərdən keçirilir. 

Qeyd edək ki, Çempionlar Liqasında A qrupunun ilk 2 turundan sonra "Real Madrid" 1 xalla sonuncu pillədə yer alıb. Eyni xala malik "Qalatasaray" 3-cüdür. İki komanda arasında oktyabrın 22-də "Türk Telekom Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi