Zidan "Real"la danışıqlar aparmadan müqavilə müddətini uzadıb

Zidan "Real"la danışıqlar aparmadan müqavilə müddətini uzadıb Baş məşqçinin məvacibi 8 milyon avroya qədər artıb
Futbol
24 Avqust , 2017 06:25
Zidan Realla danışıqlar aparmadan müqavilə müddətini uzadıb

Bakı. 24 avqust. REPORT.AZ/ Madrid "Realı"nın baş məşqçisi Zinəddin Zidan klubla yeni sazişə imza atıb.

"Report" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Fransalı mütəxəssis klubdan düşünmək üçün ona vaxt verilməsini istəməyib. Bildirilir ki, çalışdırıcının məvacibi 4,35 milyon avrodan 8 mln. avroya qədər artırılıb.

Zidan komandanın sükanı arxasına 2016-ci ildə keçib. O, bu müddət ərzində klubla Çempionlar Liqasını (2 dəfə), həmçinin İspaniya çempionatını, UEFA Superkubokunu (2) və Klublararası Dünya Çempionatını (2) qazanıb.

Son xəbərlər

Orphus sistemi