Zidan Fransa millisinə rəhbərliklə bağlı fikirlərini bildirib

Zidan Fransa millisinə rəhbərliklə bağlı fikirlərini bildirib "Mənim hələ ki, Fransa yığmasına rəhbərlik etmək istəyim yoxdur"
Futbol
12 İyun , 2018 03:55
Zidan Fransa millisinə rəhbərliklə bağlı fikirlərini bildirib

Bakı. 12 iyun. REPORT.AZ/ Madridin "Real" klubunun sabiq baş məşqçisi Zinəddin Zidan hazırda futbol üzrə Fransa milli komandasına rəhbərlik etmək kimi bir niyyətinin olmadığını bildirib.

“Report” xəbər verir ki, bu barədə "L'Equipe" nəşri yazıb.

"Hazırda ən əsas məsələ dünya çempionatında Fransa millisini dəstəkləməkdir. Hələ ki, ölkəmizin milli komandasına rəhbərlik etmək istəyim yoxdur. Mən bir az istirahət etmək və özümə gəlmək üçün dayanmışam. Fransa yığmasına azarkeşlik edəcəyəm. Biz komandanın ikinci dəfə dünya çempionu adını qazanmasını istəyirik", — deyə fransalı mütəxəssis bildirib.

Futbol üzrə Dünya çempionatı iyunun 14-də Rusiyada start götürəcək.

Son xəbərlər

Orphus sistemi