"Zenit" millimizin futbolçusu ilə müqaviləni yenilədi

Futbol
  • 11 yanvar, 2021
  • 14:00
Zenit millimizin futbolçusu ilə müqaviləni yenilədi

Rusiyanın "Zenit" klubu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova ilə müqavilənin müddətini uzadıb.

"Report"un məlumatına görə, 25 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb. Təcrübəli müdafiəçi ötən ilin yayından Sankt-Peterburq təmsilçisində çıxış edir.

Qeyd edək ki, Jalə Məhsimova daha əvvəl Rusiyada "Torpedo”, Azərbaycanda isə "Sumqayıt", "Səbail” və "Uğur” klublarının formasını geyinib.