"Zenit" klubu Azərbaycan millisinin futbolçusuna görə FIFA-ya şikayət edib

"Zenit" klubu Azərbaycan millisinin futbolçusuna görə FIFA-ya şikayət edib Sankt-Peterburq təmsilçisi öz yetirməsinə görə haqq tələb edir
Futbol
224
7 Aprel , 2018 15:31
Zenit klubu Azərbaycan millisinin futbolçusuna görə FIFA-ya şikayət edib

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiyanın “Zenit” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə görə Türkiyə təmsilçisi “Trabzonspor”dan FIFA-ya şikayət edib.

“Report” “TRT Spor”a istinadən xəbər verir ki, bu barədə Trabzon klubunun 73-cü Baş Assambleyasında məlumat verilib. 

Şikayətə səbəb trabzonluların 22 yaşlı hücumçunu 2016-cı ilin iyununda təzminat ödəmədən heyətinə qatmasıdır. Sankt-Peterburq təmsilçisi öz yetirməsinə görə yetişdirmə haqqı tələb edir.

Qeyd edək ki, “Trabzonspor”da möhkəmlənə bilməyən R.Şeydayev 2017-ci ilin fevralında Slovakiyanın “Jilina”, ötən yay isə “Qarabağ”a icarəyə verilib. Ağdam təmsilçisində əsas heyətə düşə bilməyən forvard hələ də qol vurmayıb.

Son xəbərlər

Orphus sistemi