"Zenit" Artyom Dzyuba ilə yeni müqavilə imzaladı

"Zenit" Artyom Dzyuba ilə yeni müqavilə imzaladı Rusiyanın "Zenit" komandası futbolçusu Artyom Dzyubanın müqaviləsinin müddətini uzadıb.
Futbol
30 İyul , 2020 11:19
Zenit Artyom Dzyuba ilə yeni müqavilə imzaladı
Artyom Dzyuba

Rusiyanın "Zenit" komandası futbolçusu Artyom Dzyubanın müqaviləsinin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu ilə 2+1 illik yeni sözləşmə imzalanıb.

2015-ci ildən Sankt-Peterburq təmsilçisində çıxış edən təcrübəli forvard ötən mövsüm 17 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Dzyuba Rusiya millisinin də əsas hücumçusudur.

Son xəbərlər

Orphus sistemi