Zəfər Kubokunda daha 3 oyun keçirilib - YENİLƏNİB

Zəfər Kubokunda daha 3 oyun keçirilib - YENİLƏNİB İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda daha 3 oyun keçirilib.
Futbol
316
9 May , 2022 18:21
Zəfər Kubokunda daha 3 oyun keçirilib - YENİLƏNİB

VİDEO əlavə olunub.

8 may 15:49

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda daha 3 oyun keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Füzuli" və "Cəbrayıl" komandaları üz-üzə gəliblər. Görüşdən öncə Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov və Region Liqasında çıxış edən "Cəbrayıl" klubunun prezidenti Cavid Hüseynov iştirakçıları salamlayaraq, onlara uğurlar arzu edib. Onlar topa rəmzi toxunuş da ediblər. Qarşılaşma "Cəbrayıl"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandadan Əli Raufoğlu het-trik edib. "Füzuli"nin hər iki qolunu isə "Report"un baş redaktoru Murad Əliyev vurub.

B qrupunda "Suqovuşan" "Şuşa" komandasını sınağa çəkib. Bu oyunun qonaqları isə Milli Məclisin 24 saylı Nizami 1-ci seçki dairəsi üzrə deputatı Könül Nurullayeva və AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov olub. Onlar komandaları salamlayaraq uğurlar arzuladıqdan sonra topa ilk zərbəni vurublar. Daha sonra qonaqlar və oyun iştirakçıları birgə şəkil çəkdiriblər. Bu oyunda "Şuşa" 1:9 hesabı ilə uduzub. Qollardan 6-nı Nurşən Quliyev vurub.

C qrupunda isə "Kəlbəcər" "Laçın"ı 2 cavabsız qolla məğlub edib. Matçdan əvvəl Milli Məclisin 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə, Parlament Jurnalistləri Birliyinin sədri və Modern.az saytının rəhbəri Elşad Eyvazlı və "Report" İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə qonaq qismində iştirak edib.

Zəfər Kuboku

8 may

A qrupu

"Füzuli" - "Cəbrayıl" - 2:4

Qollar: Murad Əliyev (2) - Əli Raufoğlu (3), Ruslan Mikayıllı

B qrupu

"Suqovuşan" - "Şuşa" - 9:1

Qollar: Nurşən Quliyev (6), Xalid Ağəliyev, İlkin Əhmədov, Vüsal Hacı - Nicat Abbasov

C qrupu

"Kəlbəcər" - "Laçın" - 2:0

Qollar: Ceyhun Rəhimov, Asif Nərimanlı

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

Son xəbərlər

Orphus sistemi