Zaur Axundov: "Bu məğlubiyyətlə futbol qurtarmır"

Zaur Axundov: "Bu məğlubiyyətlə futbol qurtarmır" Bakı. 20 iyul. REPORT.AZ/ “Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun Reporta müsahibəsi:
Futbol
20 İyul , 2018 00:01
Zaur Axundov: Bu məğlubiyyətlə futbol qurtarmır

Bakı. 20 iyul. REPORT.AZ/ “Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun "Report"a müsahibəsi:

- Komanda “Baltsan”la oyunda yaxşı təsir bağışlasa da, lazım olan nəticəni qazana bilmədi. Oyun haqda nə deyə bilərsiniz?

- Komandamız yaxşı mübarizə apardı. Amma gördüyünüz kimi, şanssızlıq da oldu. Komanda bir neçə real qol epizodunu dəyərləndirə bilmədi. Futbolda belə şeylər olur. Təbii ki, istəməzdik belə olsun, amma razılaşmalıyıq. Biz oyunu burada yox, Maltada uduzduq. Özünüz də gördünüz ki, komandamız rəqibdən geri qalmadı. Sizə inandırım ki, səfərdə kiçik hesabla məğlub olsaydıq, mərhələ keçə bilərdik. Məşqçimiz ilk oyunda hesab 3:1 olanda lazımı dəyişiklikləri etmədi. Dünya futbolunda belədir: komanda məğlub olursa, məşqçi oyuna müdaxilə edir. Ancaq bizim məşqçimiz bunu etmədi. Artıq bu oyun tarixin yaddaşına yazıldı, barışmaq lazımdır.

- Buraxılan sonuncu qol sizə necə təsir etdi?

- Çox pis oldum. Qol vuracağımızı gözləsək də, əksinə oldu.

- “Baltsan” futbolçuları vaxt aparmaq üçün əllərindən gələni edirdilər. Bu haqda nə deyə bilərsiniz?

- Fair-pley qaydalarına riayət etmirdilər. Onlar da komandamızın oyuna necə kökləndiyini görürdülər. Bilirdilər ki, vaxtı uzatmasalar, ağır olacaq. Demək olar ki, bu gün 90 dəqiqə yox, 75 dəqiqə futbol oynadıq. Bunu normal qarşılamaq lazımdır, çünki rəqib də mərhələ keçmək istəyirdi.

- Zaur İsmayılov postunda qalacaq, yoxsa yeni məşqçi axtaracaqsınız?

- Uşaqlara bir neçə gün istirahət veriləcək. Biz də bir özümüzə gələk. Bu məğlubiyyətlə futbol qurtarmır. Yeni mövsümə hazırlaşacağıq. Baş məşqçi məsələsinə bir həftə ərzində aydınlıq gətirəcəyik.

- Bohadir Nasimovu komandaya gətirməyə dəyərdimi?

- Bahodirin təcrübəsinə inanırıq. Ancaq komandaya gec qoşulub. Onun da bacardığı 50-60 dəqiqə mübarizə aparmaq idi.

- Yeni transerlər olacaq?

- Müdafiə xəttində axsama var. Bu mövqeyə yeni futbolçu cəlb etməyi düşünürük.

Son xəbərlər

Orphus sistemi