“Yuventus” və “Milan” “Çelsi”nin yarımmüdafiəçisini almaq istəyirlər

“Yuventus” və “Milan” “Çelsi”nin yarımmüdafiəçisini almaq istəyirlər “Çelsi”də çıxış edən hücuma meyilli yarımmüdafiyəçi Hakim Zieş karyerasını İtaliyanın “A” Seriyasında davam etdirə bilər
Futbol
12 Fevral , 2021 01:17
“Yuventus” və “Milan” “Çelsi”nin yarımmüdafiəçisini almaq istəyirlər
Hakim Zieş

“Çelsi”də çıxış edən hücumameyilli yarımmüdafiəçi Hakim Zieş karyerasını İtaliyanın A Seriyasında davam etdirə bilər.

Bu barədə “Report” “Calciomercatoweb” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, 27 yaşlı mərakeşli “Çelsi” tərəfindən əsas pleymeyker rolunu yetirmək üçün əldə edilirdi, amma Tomas Tuxelin yeni baş məşqçi gəlməsindən sonra o, əsas heyətdə yerini itirib.

İtaliya klubları futbolçunun “Çelsi”də vəziyyətinin düzəlməyəcəyi təqdirdə onu öz sıralarına qatmaq niyyətindədirlər.

Zieş 2020/2021 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə 18 oyunda iştirak edərək, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” mərakeşlini 45 milyon avroya qiymətləndirib. “Aristokrat”lar Hakimi 2020-ci ilin yayında Amsterdam “Ayaks”ından transfer etmişdilər. Transferın qiyməti 40 milyon avro təşkil edib.

Son xəbərlər

Orphus sistemi