"Yuventus"un yeni baş məşqçisi açıqlandı

"Yuventus"un yeni baş məşqçisi açıqlandı İtaliyanın "Yuventus" komandasının baş məşqçisi müəyyənləşib.
Futbol
28 May , 2021 17:05
Yuventusun yeni baş məşqçisi açıqlandı
Massimiliano Alleqri

İtaliyanın "Yuventus" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi Massimiliano Alleqriyə tapşırılıb. 2 ildən sonra sabiq komandasına qayıdan italiyalı mütəxəssis bu vəzifədə Andrea Pirlonu əvəzləyib.

Müqavilə müddəti açıqlanmasa da, yerli mətbuat Alleqrinin "qoca sinyora" ilə 2025-ci ilin yayınadək sözləşmə imzaladığını yazıb.

Qeyd edək ki, Massimiliano Alleqri daha əvvəl 2014 -2019-cu illərdə "Yuventus"a başçılıq edib. Mütəxəssis bu komanda ilə 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.

Son xəbərlər

Orphus sistemi