"Yuventus"un prezidentindən Ronaldunun göndərilməsi istənildi

"Yuventus"un prezidentindən Ronaldunun göndərilməsi istənildi "Ronaldudan canınızı qurtarın"
Futbol
13 Aprel , 2021 15:07
Yuventusun prezidentindən Ronaldunun göndərilməsi istənildi
Kriştianu Ronaldu və Massimiliano Alleqri

İtaliyanın "Yuventus"unun sabiq baş məşqçisi Massimiliano Alleqri öz istefasından əvvəl klubun prezidenti Andrea Anyelliyə məsləhət verib.

"Report"un "La Repubblica"ya istinadən məlumatına görə, 54 yaşlı mütəxəssis Turin təmsilçisindən ayrılarkən Anyelli ilə söhbətində ulduz futbolçu Kriştianu Ronaldunun komandadan göndərilməli olduğunu söyləyib.

Həmin vaxt portuqaliyalı forvard klubda yalnız bir mövsüm keçirmişdi. Sabiq baş məşqçi "Ronaldudan canınızı qurtarın, komandanın və klubun böyüməsinə imkan vermir" deyib.

Qeyd edək ki, hazırda işsiz olan Massimiliano Alleqri 2014 - 2019-cu illərdə "Yuventus"un baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 5 dəfə A Seriyasının, 4 dəfə ölkə kubokunun, iki dəfə isə Superkubokun qalibi olub.

Son xəbərlər

Orphus sistemi