"Yuventus"un hücumçusu "Atletiko"ya keçmək istəyir

"Yuventus"un hücumçusu "Atletiko"ya keçmək istəyir Cari mövsümün sonunda İtaliya "Yuventus"undan ayrılacağını açıqlayan argentinalı futbolçu Paulo Dibala İspaniyanın "Atletiko" (Madrid) komandasına keçmək istəyir.
Futbol
29 Mart , 2022 00:13
Yuventusun hücumçusu Atletikoya keçmək istəyir

Cari mövsümün sonunda İtaliya "Yuventus"undan ayrılacağını açıqlayan argentinalı futbolçu Paulo Dibala İspaniyanın "Atletiko" (Madrid) komandasına keçmək istəyir.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Madrid təmsilçisinə keçidini şəxsi inkişafı üçün prioritet görür.

Həmyerlisi Dieqo Simeonenin "Atletiko"ya rəhbərlik etməsi də təcrübəli forvardın əsas diqqətini La Liqa klubuna yönəldir.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi