"Yuventus"un futbolçusunun dördüncü testi də müsbət çıxdı

"Yuventus"un futbolçusunun dördüncü testi də müsbət çıxdı İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibalada yenidən koronavirus aşkarlanıb.
Futbol
29 Aprel , 2020 09:31
Yuventusun futbolçusunun dördüncü testi də müsbət çıxdı

İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibalada yenidən koronavirus aşkarlanıb.

“Report” “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun müvafiq testi 4-cü dəfə müsbət nəticələnib.

Dibala hazırda daha intensiv müalicədən keçmək niyyətindədir. Çünki Turin təmsilçisi mayda məşqləri bərpa etməyi planlaşdırır. 

Argentinalı forvard antikorların olub-olmaması üçün qan analizi verəcək. Belə bir hal aşkarlansa, həkimlər daha bir müalicə kursu təyin edəcəklər.

Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra koronavirusa görə dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. Paulo Dibala 2015-ci ilin yayından “Yuventus”da çıxış edir. Daha öncə Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matüidi koronavirusa qalib gəlib.

Son xəbərlər

Orphus sistemi