"Yuventus"un futbolçusu zədə səbəbindən mövsümü başa vurub

"Yuventus"un futbolçusu zədə səbəbindən mövsümü başa vurub İtaliyanın "Yuventus" klubunun futbolçusu Ueston Makkenni mövsümün sonunadək sıradan çıxıb.
Futbol
23 Fevral , 2022 10:16
Yuventusun futbolçusu zədə səbəbindən mövsümü başa vurub
Ueston Makkenni

İtaliyanın "Yuventus" klubunun futbolçusu Ueston Makkenni mövsümün sonunadək sıradan çıxıb.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi İspaniyada "Vilyarreal"a qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda zədələnib.

ABŞ-dan olan oyunçu 81-ci dəqiqədə əvəzlənib və xəstəxanaya aparılıb. Makkenninin sol ayağındakı iki sümüyündə sınıq aşkarlanıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Ueston Makkenni cari mövsüm Turin təmsilçisində 28 oyuna çıxıb və 4 qolla yadda qalıb.

Son xəbərlər

Orphus sistemi