“Yuventus”un baş məşqçisinin səhhətində problem yaranıb

“Yuventus”un baş məşqçisinin səhhətində problem yaranıb İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Mauritsio Sarrinin səhhətində problem yaranıb.
Futbol
20 Avqust , 2019 12:38
“Yuventus”un baş məşqçisinin səhhətində problem yaranıb

İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Mauritsio Sarrinin səhhətində problem yaranıb.

“Report” Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisə sətəlcəm diaqnozu qoyulub. Həkimlər tərəfindən xüsusi müalicə təyin edilən Sarri bir müddət komandaya rəhbərlik edə bilməyəcək.

“Yuventus” avqustun 24-də İtaliya A seriyasının I turunda “Parma”nın qonağı olacaq.

Qeyd edək ki, ötən mövsüm Sarrinin baş məşqçisi olduğu İngiltərənin “Çelsi” komandası Bakı Olimpiya Stadionunda baş tutan Avropa Liqasının finalında London “Arsenal”ını 4:1 hesabı ilə məğlub edib. O, 2 ay öncə “Yuventus”la 2022-ci ilin yayına qədər müqavilə bağlayıb.

Orphus sistemi