“Yuventus”un autsayderə məğlub olması mübahisəyə səbəb oldu

 “Yuventus”un autsayderə məğlub olması mübahisəyə səbəb oldu “Yuventus” klubunun prezidenti ilə komandanın baş məşqçisi arasında mübahisə yaşanıb
Futbol
22 Mart , 2021 20:17
 “Yuventus”un autsayderə məğlub olması mübahisəyə səbəb oldu
Andrea Anyelli və Andrea Pirlo

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turunda “Yuventus”un öz meydanında autsayder “Benevento” komandasına məğlub olması klub prezidenti ilə baş məşqçi arasında münaqişəyə səbəb olub.

“Report”un məlumatına görə, bu barədə “ La Stampa” xəbər verib.

İtalyan nəşrinin yazdığına görə, oyundan sonra “Yuventus” klubunun prezidenti Andrea Anyelli ilə komandanın baş məşqçisi Andrea Pirlo arasındakı yüksək tonla müşayiət olunan mübahisə yaşanıb.

Bundan əlavə, komandanın soyunma otağında da futbolçular arasında şifahi münaqişə olub.

Qeyd edək ki, son çempion “Yuventus” öz meydanında autsayder “Benevento” komandasını qəbul edib. Görüş gözlənilmədən qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 69-cu dəqiqə Adolfo Qaiçi olub. Bu qələbə sayəsində xal ehtiyatını 29-a çatdıran “Benevento” turnir cədvəlində 16-cı yerə yüksəlib. “Yuventus” isə 55 xalla üçüncü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi