"Yuventus" uduzdu, "Milan"a darmadağın da kömək etmədi

"Yuventus" uduzdu, "Milan"a darmadağın da kömək etmədi Futbol üzrə İtaliya A Seriyasında XXXVII tura yekun vurulub.
Futbol
30 İyul , 2020 01:44
Yuventus uduzdu, Milana darmadağın da kömək etmədi

Futbol üzrə İtaliya A Seriyasında XXXVII tura yekun vurulub. 

"Report"un məlumatına görə, çempionluğu hələ ötən tur təmin etmiş "Yuventus" "Kalyari" ilə səfər matçında məğlubiyyətlə üzləşib - 0:2. 

"Latsio" evdə eyni hesabla "Breşiya"ya qalib gəlib. Nəticədə gümüş medallar uğrunda mübarizənin 3 klub arasında son turadək davam edəcəyi dəqiqləşib. Bu komandalardan "Atalanta" ilə "İnter" XXXVIII turda bir-biri ilə üz-üzə gələcək. "Latsio" isə "Napoli"nin qonağı olacaq. Hazırda "İnter" 79 xalla 2-ci pillədə yer alıbsa, "Atalanta" ilə "Latsio" hərəyə 78 xalla 3-4-cü yerləri bölüşürlər. 

"Milan" səfərdə "Sampdoriya"nı darmadağın edərək, xalını 63-ə çatdırsa da, 6-cı yerlə kifayətlənib. 5-ci yeri isə səfərdə "Torino"ya 3:2 hesabı ilə qalib gələn "Roma"nın tutacağı dəqiqləşib. Hazırda paytaxt təmsilçisinin 67 xalı var. 

Digər görüşlərdə "Sassuolo" evdə "Cenoa"nı 5:0, "Fiorentina" "Bolonya"nı 4:0, "Verona" SPAL-ı 3:0 hesabı ilə yenib. "Leççe" isə səfərdə "Udineze"yə qalib gəlib - 2:1. 

Qeyd edək ki, ötən tur "İnter" evdə "Napoli"ni 2:0, "Atalanta" səfərdə "Parma"nı 2:1 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi