"Yuventus" Türkiyə millisinin daha bir üzvünü transfer etmək istəyir

"Yuventus" Türkiyə millisinin daha bir üzvünü transfer etmək istəyir Türkiyə millisinin və Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı karyerasını İtaliyada davam etdirə bilər.
Futbol
19 Yanvar , 2021 09:43
Yuventus Türkiyə millisinin daha bir üzvünü transfer etmək istəyir
Yusuf Yazıcı

Türkiyə millisinin və Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "France Football"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə "Yuventus" maraqlanır.

Turin təmsilçisi türkiyəli oyunçunu izləmək üçün mütəmadi olaraq skautlar göndərir. Ölkə çempionu Yazıcı üçün mövsümün sonunda klubuna rəsmi təklif göndərməyi planlaşdırır.

"Yuventus" Yazıcını mövsümün sonunda komandadan ayrılacaq Paulo Dibalaya əvəzləyici kimi görür. "Lill"in bu keçid üçün qarşı tərəfdən 40-45 milyon avro tələb edəcəyi gözlənilir.

İtaliya mətbuatı isə istedadlı yarımmüdafiəçi ilə "İnter"in də maraqlandığını iddia edib. Yazıcının adı İngiltərənin "Arsenal" klubu ilə də hallanıb.

Qeyd edək ki, Yusuf Yazıcı cari mövsüm "Lill" forması ilə 23 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Yuventus"da Türkiyə yığmasının daha bir üzvü Merih Demiral çıxış edir.

Son xəbərlər

Orphus sistemi