"Yuventus" "Torino"nu məğlub edərək İtaliya Kubokunun yarımfinalına çıxıb

Futbol
  • 03 yanvar, 2018
  • 21:55
Yuventus Torinonu məğlub edərək İtaliya Kubokunun yarımfinalına çıxıb

Bakı. 4 yanvar. REPORT.AZ/ "Yuventus" Turin derbisində "Torino" üzərində qələbə qazanaraq futbol üzrə İtaliya Kubokunun yarımfinal mərhələsinə adlayıb.

“Report” xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb.

"Qoca sinyora"nın heyətində Duqlas Kosta (15-ci dəqiqə) və Mario Mancukiç (67-ci dəqiqə) fərqlənib.

"Yuventus" yarımfinalda "Atalanta"ya qarşı oynayacaq.

Bundan əvvəl "Atalanta" "Napoli"ni məğlub edərək İtaliya Kubokunun ½ final mərhələsinə vəsiqə qazanıb.

44 - Tezliklə